Ru
20:13 / 12 Avqust 2022

Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, problemləri yerindəcə dinlənilir - Fotolar

913
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından bu gün Zərdab rayon sakinləri yararlanıblar.



Aksiyada iştirak edən sakinlər qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət ediblər.



Aksiyaya Zərdab rayonunun Alcanlı, Gəndəbil, Ağabağı kəndlərində üz tutan bir sıra sakin fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər.



Bundan əlavə görüş zamanı işə qəbul, qapı keçidinin quraşdırılması, və s. kimi suallar ünvanlanıb. Vətəndaş məmnuniyyətinin qorunması məqsədilə keçirilən görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan vətəndaşlar isə suallarına cavab tapıblar.




Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyatı üzrə yönləndiriləcəyi vurğulanıb.
Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, problemləri yerindəcə dinlənilir - Fotolar
Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, problemləri yerindəcə dinlənilir - Fotolar
Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, problemləri yerindəcə dinlənilir - Fotolar
Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, problemləri yerindəcə dinlənilir - Fotolar
Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, problemləri yerindəcə dinlənilir - Fotolar
Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, problemləri yerindəcə dinlənilir - Fotolar
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər