Ötən il Baku TV-nin “Aktual Gündəm” verilişində çıxış edən müğənni Almaxanım Əhmədli Xalq artisti Siyavuş Kəriminin Respublika “Muğam” və beynəxalq müsabiqədə qaliblərin yerlərini pulla satdığını iddia etmişdi.
Bakupost.az xəbər verir ki, AStar Tv “YouTube” layihəsinə qonaq olan Xalq artisti Siyavuş Kərimi bu iddialara yenidən münasibət bildirib.
S. Kərimi səsləndirilən fikirləri təkzib edərək deyib:
“Konservatoriyada heç bir fond olmayıb. Boş söhbətdir. Şahların dalınca həmişə danışırlar. Mənə zəng etdilər, dedim cəfəngiyyatdır, mən ona niyə reaksiya verməliyəm? Boş söhbətdir, cəhənnəm olsun. Getsin sübut etsin”.
Yasəmən,
BakuPost
Məncə, Almaxanım yalan danışmaz və Səyavuş müəllim kimi ağsaqqala şər atmaz, ancaq ola bilsin kimsə araya girərək istifadə edib...