Ru
12:41 / 10 Yanvar 2025

Braziliyada təyyarə qəzası: Ölənlər var - VİDEO

Braziliyada təyyarə qəzası: Ölənlər var - VİDEO
Eye

Ötən gün Braziliyada təyyarə qəzası baş verib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, “Cessna 545” təyyarəsi Ubatuba hava limanında uçuş-enmə zolağından kənara çıxaraq çimərlikdə partlayıb.

Qəza nəticəsində pilot ölüb. Təyyarədə olan bir ailənin ikisi uşaq olmaqla 4 üzvü xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı çimərlikdə olan bir nəfər də yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb əlverişsiz hava şəraiti və yağışdan islanmış uçuş-enmə zolağı olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar