Ru
15:59 / 05 İyun 2024

“Bu adam düz yolu yeriyə bilmir, hakimiyyəti necə dəyişəcək?" - Politoloq

“Bu adam düz yolu yeriyə bilmir, hakimiyyəti necə dəyişəcək?" - Politoloq
Eye

“Arxiyepiskop Baqrat Qalstanyanın Serj Sərkisyanla görüşündə təəccüblü heç nə yoxdur. Bu adam əməlli-başlı bir kitab oxumayıb, heç məşğul olduğu dinin kitablarından da xəbəri yoxdur. Bütün şüurlu həyatı bənnalıqla, palçıq qarışdırmaqla keçib”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, "Vətən naminə" hərəkatının lideri Baqrat Qalstanyanın Ermənistanını siyasi həyatında "mənasız bir fiqur" olduğunu bildirib:

“Görün, Ermənistan nə günə qalıb ki, bu dünyagörüşün sahibi, avatürist bir adam ölkənin gələcəyi ilə bağlı məsələlərdən narahat olur, camaatı hakimiyyətə qarşı qiyama çağırır. Özü də görür ki, hər dəfə kütləvi yürüşlər təşkil etmək daha da çətinləşir, əhalinin sayı hər mitinqdə ən azı 2-3 min azalır.
Qalstanyan təhsil almamış, dünyadan bixəbər bir adamdır. Bunların bütün ağıllılı adamları bir qırağa çəkilib, Robert Köçəryan, Serj Sərkisyan kimi fırıldaqçılar bunu qabağa veriblər. Qalstanyan guya Ermənistanda "narıncı inqilab" yoluyla hakimiyyət dəyişikliyinə nail olacaq. Bu adam düz yolu yeriyə bilmir, hakimiyyəti necə dəyişəcək? Bu cür adamla ermənilər xoşbəxt olmaq istəyirsə, qoy gedib xoşbəxt olsunlar”.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar