Ru
18:41 / 17 May 2026

Bu artıq adi yağış deyil: Azərbaycanda ekstremal hava niyə artır?

Bu artıq adi yağış deyil: Azərbaycanda ekstremal hava niyə artır?
Eye

Dünəndən başlayaraq Azərbaycanın əksər rayonlarında, həmçinin Bakı və Abşeron yarımadasında intensiv yağışlar yağır.


Bəzi rayonlara hətta may ayında qar yağıb.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bir neçə gün əvvəl xəbərdarlıq yayaraq ölkə ərazisində intensiv yağışların yağacağını, dolu düşəcəyini və hətta yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalınn olduğunu bildirmişdi.

Xidmətin məlumatında qeyd olunur ki, dünəndən bəri düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb, bu da aylıq normanın 203-279%-ni təşkil edir.

Son vaxtlar normadan artıq yağışların olması nə ilə bağlıdır?

Son zamanlar dünyanı cənginə alan təbii fəlakətlər yer kürəsində ciddi ekoloji dəyişikliklərin getməsindən xəbər verir. Hələ bir neçə il əvvəl alimlər həyəcan təbili çalaraq bəyan edirdi ki, yaxın gələcəkdə quraqlıqlar daha da genişlənəcək, aramsız yağan yağışlar isə daha çox müşahidə olunacaq. Onlar bunu qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Qlobal iqlim dəyişikliyinin fəsadları...

Qlobal iqlim dəyişikliyinin təbiətdə törətdiyi əsas dəyişikliklərdən biri isə daha güclü və ani leysanlardır. Çünki atmosfer isinəndə hava daha çox su buxarı saxlaya bilir. Bu isə qısa müddətdə çox güclü yağışların, sel və daşqınların, şəhər infrastrukturunun yüklənməsinin artmasına səbəb olur. Məhz qlobal iqlim dəyişikliyi nəticəsində planetin bəzi bölgələrində dəhşətli daşqınlar, digər ərazilərdə isə yanğın və səhralaşma prosesi gedir.

Məsələn, əvvəllər “100 ildə bir dəfə” baş verən yağışlar artıq daha tez-tez görünür. Bir çox regionda isə uzun müddət yağış olmur, torpaq quruyur, sonra isə çox intensiv yağış yağır. Quru torpaq suyu yaxşı çəkmədiyi üçün daşqın riski artır, sel və daşqınlar yaranır.

Dünya birliyi qlobal iqlim dəyişikliyi barədə nə düşünür?

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin son hesabatları ürəkaçan heç nə vəd etmir. Bəzi mütəxəssislər hesabatı sanki bəşəriyyət üçün səslənən bir arzuolunmaz məhkəmə hökmünə bənzədirlər.

Hesabatlarda dünyanın yüzlərlə eksperti qəti şəkildə iddia edir ki, qlobal istilik inanılmaz dərəcədə artıb. Son illər atmosferdəki karbon qazının konsentrasiyası son 2 milyon ildə ən yüksək göstərici olub. Yer səthinə gəldikdə isə 1970 -ci ildən bəri burada qlobal istilik digər 50 illik dövrlə müqayisədə daha sürətli şəkildə artıb.

Son illər Şimal yarımkürəsində ekstremal yağış və qar yağıntıları qlobal istiləşmənin təsiri ilə köklü şəkildə dəyişib.

Bəs alimlər bu barədə nə deyir?

Alimlər qlobal istiləşmənin Cənubi Qafqaz üçün əsas göstəricilərinin qeyri-sabit hava artımı, qəfil leysanlar, sel riskinin yüksəlməsi, bəzi bölgələrdə su çatışmazlığı, yay aylarının daha quraq və isti keçməsi ilə xarakterizə edirlər.

Bunun nəticəsidir ki, son günlər Rusiya (Dağıstan), Türkiyə, İran və Azərbaycanda intensiv yağışlar, sel və digər təbii fəlakətlər müşahidə olunur. Region ölkələrdə son günlər intensiv yağışlar adi hal alıb. Bəzi yerlərdə hətta 48 saat aramsız yağışlar müşahidə edilir. Bu da nəyinki normadan çox, deyə bilərik ki, normadan qat-qat artıqdır.

Qonşu İranda hələ ilin əvvəlindən başlayan sel və daşqınlar onlarla insanın ölümünə, minlərlə evin su altında qalmasına səbəb olub.

Şərhlər
  • Nizami Məmmədov

    Mən bilirdim ki, problemi iqlim dəyişməsilə əlaqələndirməyə çalışacaqlar. Problemi həll etmək lazımdır. Bəhanələr uydurmaq olmaz!

  • Millət

    Hə, 100% göy də insan müdaxiləsinə məruz qalır ????

  • Aqşin Mirzəyev

    Allahın xəbərdarlığı,20,25 faiz yağ bal içində yaşayır,40,45 faiz yaşaya dolana bilmir yalandan dindarlıq,əxlaqsızlıq , rüşvətxorluğ,, kasıbın ahı yerdə qalmır

  • Gilqamis Dastani

    vay dede vay hami da hec kimin bilmədiyi sirri bilir goye barmaq olunur ))

  • Saleh Mahmudov

    Bu heç də qlobal iqlim dəyişikliyi ilə bağlı deyil. Başa düşmək mümkün deyil: dəniz Bakının bir addımlığında, bəyəm yaxış sularını dənizə axıtmaq üçün drenaj sistemi qurmaq bir o qədərmi çətindir? Bu işə məsul olanlar yenə də cəzasımı qalacaqlar?. Şəhərsalma və arxitektira komitəsi harda gəldi hündürmərtəbəli bina inşaasına icazə verməklə yaxasını məsuliiyətdən yenə mi kənara çəkəcək?.

  • Mais Abuşlu

    Bu o deməkdir ki, kimlərsə... artığ havaya da "barmaq" edirlər...

  • Resad

    Məncə Dünyada Təbiyətə Göylərə Çox müdaxilələr olur Bir təfdəndə Muharibələr göyə atılan Raketlər İqlim dəyişikliyinə səbəb olur yerdə öz buçağından 5 Sm oynayıb görünən odur ki Allahın yaratdığına İnsanlar Müdaxilə edərsə nəticəsidə fəlakətə səbəb ola bilər dünyada sülh olsa hər şey qaydasında olar.

  • Hamid Abbasov

    "Bir çox regionda isə uzun müddət yağış olmur, torpaq quruyur, sonra isə çox intensiv yağış yağır. Quru torpaq suyu yaxşı çəkmədiyi üçün daşqın riski artır, sel və daşqınlar yaranır." bu cümləni yazanda çoox fikirləşdiniz?)))

  • B.Təbii Zəka

    Çayın kəndə ayrıla biləcək tərəfinə (mən uşaqkən) 66 il öncə hər il 25-30 m uzunluq 3-5 m enində beton, ya daşlı-sement-ağac armaturlu bənd çəkilərdi. Selin nəriltisindən azı üç ay mən normal yuxlaya bilmirdim? Ka

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar