Ru
12:17 / 29 Mart 2026

Bu, bütün bəşəriyyət üçün fəlakət olar

Bu, bütün bəşəriyyət üçün fəlakət olar
Eye

Yaxın Şərqdə baş verənlər beynəlxalq sistemin çürüdüyünün və beynəlxalq münasibətləri tənzimləyən qanunların yox olduğunun sübutudur. Bu isə dünyanın qeyri-adi münaqişələr baxımından qəbuledilməz bir çılğınlıq mərhələsinə çatdığını göstərir. Hətta hazırda insan haqları və beynəlxalq hüquqdan daha az bəhs edilir.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu Yəməndə Mokha Araşdırmalar Mərkəzinin direktoru, tədqiqatçı Atiq Carallah “Haber7”ə müsahibəsi zamanı deyib.

Ekspertin fikrincə, hazırda bölgədəki gərginliklər artır, diplomatiya isə can verir:

“Bu vəziyyət dünya nizamının təməllərinin ciddi şəkildə sarsılmağa başladığını göstəricisidir. BMT Təhlükəsizlik Şurasının özü və şura üzvü olan ölkələr İkinci Dünya müharibəsindən sonra yaradılmış qaydaları pozmağa başlayıblar. Hətta İran və ABŞ-İsrail arasında olan gərginlik fonunda bölgənin çox təhlükəli bir mərhələyə daxil olduğunu da müşahidə edirik.

İndi isə Livan və Yəmən kimi digər ölkələr də bu münaqişəyə daxil edilir. Bunun nəticəsində isə dünya iqtisadiyyatının təsir görəcəyini düşünürəm. Güman edirəm ki, bu durum bütün dünyaya yansıyacaq və heç kim siyasi böhrandan yayına bilməyəcək".

Carallah bildirib ki, ABŞ İsrailə "yaşıl işıq" yandırdı, hətta sanksiyalardan qoruyaraq, dəstəklədi:

"Bu isə bölgə ölkələri və xalqları üçün qorxulu bir vəziyyətdir. Ümid edirəm ki, insanlar diplomatik danışıqlara və siyasi fəaliyyətə geri dönər. Biz bölgədəki ölkələrin bu istiqamətdə addımlarını dəstəkləyir və zəif ölkələrin güclənməsinə yardım edirik.

Dünya nizamı ədalətli əsaslar üzərində qurulmalı və sui-istifadələrin qarşısını alan tənzimləyici qanunlar yaradılmalıdır. Dünya bu gün nüvə müharibəsi həddinə gəlib çatıb və belə bir müharibə baş verərsə, bütün bəşəriyyət üçün fəlakət olacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar