Ru
17:55 / 27 Mart 2023

"Bu, İran üçün fəlakətlə nəticələnə bilər" - Politoloq

4076
Azərbaycanın uzun onilliklər ərzində İranla bağlı həyata keçirdiyi və xoş mərama əsaslanan siyasət cənub qonşumuz tərəfindən düzgün dəyərləndirilmir.


Bunu Bakupost.az -a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib.


Onun sözlərinə görə, İranın Azərbaycana qarşı ədalətsiz, qeyri -konstruktiv, qeyri- rasional siyasəti xüsusilə İkinci Qarabağ müharibəsindən sonra xeyli intensivləşib:

“Təbii ki, burada əsas səbəblər kimi ölkəmizin müharibədən qalib çıxmasını, regionda mövqeyinin güclənməsini və Türkiyə ilə strateji müttəfiqliyinin dərinləşməsini qeyd edə bilərik. Son iki ildə İranın regional siyasəti bölgədə davamlı sülhün əldə edilməsinə və kommunikasiyaların açılmasına qarşı yönəlib. Bütün bunları etməklə Tehran regionda özünü pozucu güc kimi nümayiş etdirir. İran ölkəmizlə təhdid, şantaj dilində danışmağın mənasızlığını aydın dərk etməli və Azərbaycanla normal qonşuluq münasibətləri qurmağa çalışmalıdıdır".


Politoloq bildirib ki, əks təqdirdə, proseslər İran üçün fəlakətlə nəticələnə bilər:

"Daha dəqiq desək, İran odla oynamamalıdır, onsuz da o ölkənin daxilində də, ətrafında da kifayət qədər ciddi problemlər var”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər