Ru
10:22 / 12 İyul 2025

Bu ölkə Rusiyaya görə qırıcıları havaya qaldırdı

Bu ölkə Rusiyaya görə qırıcıları havaya qaldırdı
Eye

Polşa qırıcı təyyarələrini Rusiyanın Ukraynadakı fəaliyyətinə görə havaya qaldırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığı X hesabında yazıb.

Qeyd olunub ki, əməliyyat komandiri ixtiyarında olan bütün qüvvə və vasitələrin işə salınması barədə göstəriş verib. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Silahlı qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeli qüvvələr və vasitələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir", - məlumatda bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar