Ru
11:48 / 03 İyun 2025

Bu şəxslərə 1600 manat verildi

Bu şəxslərə 1600 manat verildi
Eye

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavinət təyin edilərək ödənilib.

Bakupost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bildirilib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1600 manat) birdəfəlik müavinətlə təmin edilir.

Həmçinin, bu müavinət digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycanda daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına da şamil olunur.

Qeyd olunan birdəfəlik müavinətin təyinatı bu kateqoriyadan olan şəxsin sosial adaptasiya müddəti ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya "DOST" mərkəzlərinə yazılı müraciəti əsasında aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar