Vətən Müharibəsi Qəhrəmanlarına 2200 manat veriləcək.
Bakupost.az xəbər verir ki, bu, Azərbaycan Prezidentinin Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat veriləcək.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat veriləcək.
Şəhid ailəsi və 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat, həmçinin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də 700 (yeddi yüz) manat veriləcək.