Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyun yeni layihəsində Azərbaycanla bağlı detal diqqət çəkib.
Bakupost.az OLAY-a istinadən xəbər verir ki, “Netflix”də yayımlanması gözlənilən “Terzi” serialında Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun ölümsüz əsəri “Füzuli kontatası” səslənib.
Qeyd edək ki, mayın 2-i təqdim olunacaq serialda Olqun Şimşek, Salih Bademci kimi simalar da rol alıb.