Ru
11:40 / 31 Yanvar 2025

Cahit Bağcı vəzifəsini yeni səfirə təhvil verdi - FOTO

 Cahit Bağcı vəzifəsini yeni səfirə təhvil verdi - FOTO
Eye

Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Türkiyənin keçmiş səfiri Cahit Bağcı postunu yeni səfir Birol Akgünə təhvil verib.

Bakupost.az xəbər verir ki, C.Bağcı bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, dörd ildir Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini bu gün tamamlayaraq ölkəsinə geri dönüb: “Vəzifəni və bayrağı Birol Akgünə bu gün təhvil verdik”.

Birol Akgünlə birgə fotolarını da paylaşan Bağcı, yeni səfirə vəzifəsinin icrasında uğurlar arzulayıb.





Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar