Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev "Təkərli kitab dükanı"na mahnı bəstələyib.
Bakupost.az xəbər verir ki, həmin mahnının ilkin versiyasını bu gün Qanun Nəşriyyatının sahibi Şahbaz Xuduoğuna tədim edib.
Mahnının sözləri Şahbaz Xuduoğluna məxsusdur.
Qeyd edək ki, "Əli və Nino" mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli və Qanun Nəşriyyatının sahibi Şahbaz Xuduoğu yeni layihəsi olan "Təkərli kitab dükanı"n yaradılmasında məqsəd kitabı daha da əlçatan etməkdir. Bu səyyar dükan Bakının kəndələrini, eləcə də rayonları qarış-qarış gəzərək ən ucqar kəndlərdə yaşayanlara sərfəli qiymətlə kitablar təqdim edir.