Cəbrayıl rayonunda mina partlayışı baş verib.
"Bakupost" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2026-cı il 8 oktyabr tarixində 2-ci mina partlayışı hadisəsi baş verib.
Qeyd edək ki, Bir müddət öncə Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
Prokuror-Müstəntiq araşdırması-təhqiqatı günahı təbii ki, minatəmizləyən ANAMAnın, hələlik Azərbaycanın və Beynəlxalq hüququn toxunulmazlıq İmmunitetinə buraxdıqları Mina basdıranların Cinayətkarlara aid etmək cəhdləri ötmüş illər kimi sülh naminə də *basdırıla bilər?* Günakar və cinayət tərki qalır *zərərçəkmişlərin ayaqlarına*, konstitusion hüququmuzun işğalçı cəfasına, dövlətimizin və uzaq BMTnin hümanizmi-bərpa təzminatına? Allah Qəhrəmanovları sağlıqlarına qovuşdursun, digər vətəndaşları da hələlik davam edən torpağ altı anti Azərbaycan mina terrorundan qorusun.