Ru
23:35 / 29 Oktyabr 2024

Cəlilabadda yol qəzası baş verib, ölən var

Cəlilabadda yol qəzası baş verib, ölən var
Eye

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakupost.az -a bildirilib ki, oktyabrın 29-da saat 18:50 radələrində Cəlilabad rayonunun Cəlayir kəndi ərazisində 1964-cü il təvəllüdlü Vahid Əsgərov idarə etdiyi "Vaz-2106" markalı avtomobillə hərəkətdə olarkən piyada T.Əmiyevanı vurduqdan sonra idarə etməni itirərək qarşıdan gələn K.Məmmədovun idarə etdiyi "Vaz 2107" avtomobili ilə toqquşub.

Qəza nəticəsində V.Əsgərov ölüb, piyada və digər sürücü isə bədən xəsarətləri alıblar.

Araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar