ABŞ-nin "OpenAI" şirkəti milli təhlükəsizlik sahəsində problemlərin həlli üçün nəzərdə tutulmuş süni intellekt sisteminin prototipinin yaradılması üçün ölkənin Müdafiə Nazirliyi ilə 200 milyon dollarlıq müqavilə imzalayıb.
Bakupost.az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda bildirilir.
Müqavilənin şərtlərinə əsasən, "OpenAI" həm döyüş şəraitində, həm də müdafiə idarəsinin inzibati və analitik strukturlarında tətbiq olunan qabaqcıl süni intellekt alətləri hazırlayacaq. İşlərin 2026-cı ilin iyul ayına kimi başa çatdırılması nəzərdə tutulur.