Ru
11:06 / 14 İyun 2025

Daha bir ölkənin vətəndaşları İrandan Azərbaycana təxliyə edilir

Daha bir ölkənin vətəndaşları İrandan Azərbaycana təxliyə edilir
Eye

Rusiya vətəndaşlarından ibarət qrup Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilir.

Bakupost.az xəbər verir ki, İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir.

Heyət arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk da var. O, göstərilən şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Qeyd edək ki, dünən yayılan xəbərdə bildirilirdi ki, Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar