Ru
20:40 / 14 İyun 2025

Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Ərdoğan Prezident İlham Əliyevə zəng etdi
Eye

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bakupost.az xəbər verir ki, bu barədə President.az məlumat yayıb.

Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub.

Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarla bağlı məsələlərə də toxunublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar