Ru
10:30 / 30 Oktyabr 2024

Dairəvi yolda hərəkət məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT

Dairəvi yolda hərəkət məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT
Eye

Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Bakupost.az xəbər verir ki, məlumatda deyilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar