Ru
11:33 / 17 Mart 2025

Dənizkənarı Milli Parkda Novruz hazırlıqları - VİDEO

Dənizkənarı Milli Parkda Novruz hazırlıqları - VİDEO
Eye

Azərbaycanda Novruz bayramının qeyd olunmasına cəmi bir neçə gün qalır. Bu il yaz fəsli yurdumuza martın 20-si, saat 13:01-də qədəm qoyacaq. Xalqımız qədim zamanlardan bəri gecə ilə gündüzün bərabərləşdiyi bu gündə yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edir, şənliklər keçirir.

Hər il olduğu kimi, bu il də Bakı Novruzun gəlişi münasibətilə xüsusi olaraq bəzədilib. Paytaxtda əsl bayram ab-havası yaradılıb. Bu əhval-ruhiyyə xüsusən də Dənizkənarı Milli Parkın ərazisində hiss olunur. Bu məkan Novruz atributları, baharın rəmzi sayılan rəngbərəng zanbaqlarla al-əlvan rəngə boyanıb. Burada səməni, qoğal, boyanmış yumurta və s. formasında işıqlı konstruksiyalar quraşdırılıb. Novruzun əsas personajları sayılan Kosa və Keçəl də Dənizkənarı Milli Parkıda insanları əyləndirməklə həm məşq edir, həm də bayram əhval-ruhiyyəsi yaradırlar.

Bakupost.az bununla bağlı görüntüləri təqdim edir:



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar