Ru
13:03 / 01 Avqust 2022

"Dilimizin zənginliyi ilə qürur duymalıyıq" - Sabir Rüstəmxanlıdan təbrik

"Dilimizin zənginliyi ilə qürur duymalıyıq" - Sabir Rüstəmxanlıdan təbrik
Eye

Azərbaycan Dil Qurumunun başqanı, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan dili və əlifbası günü münasibəti ilə soydaşlarımızı təbrik edib.

Bakupost.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan dili və əlifbası günü münasibəti ilə Yer üzündə yaşayan və türkcə danışan bütün soydaşlarımızı, bacı və qardaşlarımızı ürəkdən təbrik edirəm. Ana dili ən böyük mənəvi sərvətimiz və birliyimizi qoruyan başlıca ünsiyyət vasitəsidir. Onun təmizliyi qayğısına qalmaq, onu zənginləşdirmək, inkişaf etdirmək borcumuzdur. Nə qədər çətin mərhələlərdən keçsə də Azərbaycan türkcəsi ölməzliyini sübut etmişdir, bu gün dövlətimizin rəsmi dilidir, dövlət tərəfindən qorunur, yayılma dairəsini böyüdür. Dilimizin zənginliyi və ifadə imkanının genişliyi ilə qürur duymalı və anadilli məktəblərimizin şəbəkəsinin genişlənməsinə çalışmalıyıq.


Döyüşdə qılınctək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu...”.


Zaur
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar