Ru
16:38 / 21 Avqust 2025

Direktor olmaq istədi - 20 000 manatını "yedilər"...

Direktor olmaq istədi - 20 000 manatını "yedilər"...
Eye

Vəzifə təyinatı ilə bağlı daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Bakı şəhərində baş verib.

İş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs vətəndaşlardan birini Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək, bunun müqabilində ondan 20 000 manat pul alıb. Lakin o, vədinə əməl etməyib.

Təqsirləndirilən şəxs bundan başqa 3 nəfərə qarşı da dələduzluq cinayəti törədib. Ona qarşı həmçinin oğurluq itihamı irəli sürülüb.

Cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 6 ay 3 gün azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar