Ru
12:22 / 14 Mart 2023

Dövlət imtahanı nə ilə əvəz olunur? - Açıqlama

3259
Xəbər verdiyimiz ki, ali məktəblərdə dövlət imtahanları ləğv olunub. Bundan sonra tələbələr dövlət imtihanı vermədən diplom ala biləcəklər. Bəs, diplom almaq üçün tələbələrin biliyi necə qiymətləndiriləcək?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, tələbələrə 4 il ərzində verdikləri imtahanların nəticələri və müvəffəqiyyət göstəricilərinə əsasən diplomlar təqdim olunacaq.

Elçin Əfəndi bildirib ki, əslində dövlət imtahanı anlayışı absurd səslənirdi:

"Çünki tələbələr hər smestr imtahan verirdilər. Yəni hər kursda müvafiq bilik və bacarıqları yoxlanılıb qiymətləndirilirdi. Xüsusi olaraq yekunda dövlət imtahanı vermələri doğru yanaşma deyildi. Dörd kurs ərzində ümumi ortalama göstəricisi ən azı minimal 51 bal üzərində olan tələbələrə diplomun verilməsi məqsədəuyğun hesab olunmalıdır”.

Elçin Əfəndi bildirib ki, yeni qərardan sonra dövlət imtahanı ilə bağlı tələbələrdən rüşvət tələb etmək kimi neqativ hallar aradan qalxacaq:

“Əslində qərar mütərəqqidir. Diplom işinin müdafiəsi və dövlət imtahanının olması vacib deyil. Əgər tələbənin müəyyən fənnlərdən kəsri varsa, o kəsri verib, kreditini bağladıqdan sonra artıq diplomu əldə edə bilərlər. Onu da deyim ki, qərar 2021-2022-ci ildə ali məktəbə qəbul olananlara şamil ediləcək. Yəni, hazırda 1-ci və 2-ci kursda oxuyan tələbələr universiteti bitirdikləri zaman dövlət imtahanı verməyəcəklər”.

Əfsanə Rəcəb,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər