Ru
15:45 / 13 İyun 2022

DTX sosial şəbəkələrə nəzarəti gücləndirsin - Aqil Abbasdan ÇAĞIRIŞ

6271
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.


Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub.


Bəs ermənilərin bu təxribatları nədən xəbər verir?





Məsələ ilə bağlı Bakupost.az -a Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aqil Abbas açıqlama verib.



Millət vəkili bildirib ki, sosial şəbəkələrdə olan belə şəxslərin hamısı izləmədədir:


“Ermənilər 50 ildir, bu işlərlə məşğuldurlar. Torpaqlar işğal altında olanda da belə təxribatlarla məşğul idilər, bu gün torpaqlar azad olunub, amma öz çirkin əməllərindən əl çəkmirlər. Dəfələrlə belə hadisələr törətmək istəyiblər, amma onların qarşısı alınıb. Çünki Azərbaycanın xüsusi xidmət orqanları öz işini çox yüksək səviyyədə həyata keçirir. Buna baxmayaraq, insanlarımız da ayıq-sayıq olmalıdır, düşmənin tələsinə düşməməlidirlər. İndi sosial şəbəkələrdə olan belə şəxslərin hamsı izləmədədir”.


Millət vəkili hesab edir ki, aidiyyəti qurumlar sosial şəbəkələrə nəzarəti gücləndirməlidir:


“Sosial şəbəkələrdə olan müxtəlif platformalar DTX-nın nəzarətindədir. Azad demokratik ölkəyik, sosial şəbəkələrə qadağa qoymaq olmaz. Lakin tədbiri əldən verməyərək, elə adamlara qarşı nəzarəti daha da gücləndirmək vacibdir. Sosial şəbəkələrdəki təxribat xarakterli məlumatlar yayan, cinayət məsuliyyəti yaradan səhifələrlə bağlı DTX, DİN, Azərbaycan Respublikasını Baş Prokurorluğu işi daha da gücləndirməlidirlər”.


Fərid
Baku Post




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər