Ru
14:33 / 28 Fevral 2026

Rusiyadan İrana çağırış: ABŞ-ı belə vur

Rusiyadan İrana çağırış: ABŞ-ı belə vur
Eye

İranın İsrail ərazisinə ənənəvi cavab zərbələrindən başqa, təcavüzkarları ayıltmaq üçün yeganə təsirli yolu bölgədə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupuna (HDQ ) raket hücumudur.

Bakupost.az Publika-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Yuri Kotenok “Telegram” kanalında yazıb.

"Trampı dayandırmağın başqa yolu yoxdur. Bəlkə də bu da kifayət etməyəcək, amma necə deyərlər, cəhd etmək işgəncə deyil”, - deyə o vurğulayıb.

Hərbi müxbir etiraf edib ki, zərbələr seriyasından sonra fasilə verilə bilər, amma onlar "İran rejimini məhv etməyə çalışacaqlar", çünki onun fikrincə, amerikalıların nöqteyi-nəzərindən o, məhv olmağa məhkumdur.

İsrail 28 fevral səhəri İrana hücuma başlayıb. Müdafiə naziri İsrael Katz məlumatı təsdiqləyib. İlkin məlumatlara görə, Tehranda paytaxtın mərkəzində baş verən ən azı üç partlayış qeydə alınıb. İsrailin müdafiə naziri həmçinin ABŞ-ın İrana hücumda iştirakını təsdiqləyib.

Şərhlər
  • Bəhrami

    Yəni, Kreml İranı blokada alan Hərbi (avia) daşıyıcıları məhv etməyə çağırır. Bəəs, soyuznik kimi Özü (hər biri İrandan hərbən daha güclü) iki dövlətin son altı ayda neçənci (bütün ətraf ölkələr üçün təhlükəli nüvə mərkəzlərinə də?) Hərbi zərbələrindən müdafiə, mühafizə üçün hansı müdafiə, ya adekvat *girov zərbəsi* kimi hansı mühafizə tədbirlərini düşünüb?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar