Ru
16:22 / 13 İyun 2022

Ekskursiya avtobuslarında iki sürücü olmalıdır - Yol polisi niyə nəzarət etmir?

3577
Xəbər verdiyimiz kimi, Bakının 279 saylı tam orta məktəbinib müəllim və şagirdlərini istirahətə aparan avtobus qəzaya uğrayıb. Xeyli sayda yaralananlar var.


Yay aylarının gəlişi ilə məktəbli ekskursiyalarının da sayının artdığını nəzərə alsaq, çox vacib bir məsələ aktuallaşır: avtobuslarda bir sürücünün olması. Uzaq məsafələrə təşkil olunan ekskursiyalarda avtobuslarda sadəcə bir sürücünün olması qəza riskini də yüksəldir.


Azərbaycanda buna nəzarət varmı? Bu kimi hadisələrə görə hansı qurum məsuliyyət daşıyır?


Məsələ ilə bağlı Bakupost.az -a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov açıqlama verib.


Deputat qeyd edib edib ki, bu işdə məsuliyyətsizlik edən şəxslər, qurumlar, turizm şirkətləri məsuliyyətə cəlb olunmalıdır:




“Şagird və müəllimlərin səyahət zamanı qəzaya uğraması çox narahatlıq doğurur. Görünür, bu ekskursiyaları, səyahətləri təşkil edən qurumlar işə məsuliyyətsiz yanaşıblar. Belə turizm səyahətləri ilə məşğul olan şirkətlər, nəqliyyat qurumları mütləq nəzarəti gücləndirməli və təcrübəli sürücülərə üstünlük verməlidirlər. Təsadüfi sürücülərə etibar etmək olmaz. Hətta Bakı şəhəri daxilində, rayonlararası avtobuslarda da çox qəzalarla qarşılaşırıq. Əksər hallarda bu, sürücülərin səriştəsizliyi və təcrübəsizliyindən baş verir. Əgər burada söhbət insan həyatından, xüsusilə də məktəblilərdən gedirsə, son dərəcə təcrübəli, yoxlanılmış, peşəsinin ustası olan sürücülərə etibar olunmalıdır. Hər avtobusu olan ekskursiya qruplarını daşıya bilməz. Bu işdə məsuliyyətsizlik edən şəxslər, qurumlar, turizm şirkətləri məsuliyyətə cəlb olunmalıdır”.


Millət vəkili səyahət zamanı təhlükəsizlik tədbirlərindən də danışıb:


“Səyahət zamanı avtobsun texniki baxışdan keçirilməsi ən vacib amillərdəndir. Buna cavabdeh olan qurumlar ciddi məsuliyyət daşıyırlar. Burada məktəb rəhbərliyini ittiham etmək olmaz. Çünki müxtəlif vaxtlarda şagirdlər üçün belə səyahətlərin təşkil olunduğunu görmüşük. Məktəb rəhbərliyi sadəcə həmin qurumlara müraciət edir, ona görə də avtobusun təhlükəsizliyi ilə bağlı məsələ onların üzərinə düşür. Sürücünü yoxlayan, avtobusu texniki baxışdan keçirən tur şirkətləri, nəqliyyat qurumları məsuliyyətli olmalıdırlar. Birbaşa məsuliyyəti daşıyan həmin səyahətlərə cavabdeh olan nəqliyyat və turizm qurumlarıdır.


Eyni zamanda, yol polisi də ciddi nəzarət etməlidir.


Həmçinin sürücü qəfil yuxulaya, səhhətində hansısa problem yarana bilər. Ona görə də onu əvəz edən şəxsin olması məqsədəuyğundur”.


Fəridə
BakuPost









Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər