Ru
14:48 / 17 Sentyabr 2022

Elçin Sadıqov ev dustaqlığına buraxıldı

Elçin Sadıqov ev dustaqlığına buraxıldı
Eye

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqovla bağlı qərar elan olunub.


Bakupost.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda vəkillərinin Elçin Sadıqovun barəsində qaldırdığı vəsatət təmin olunub.


Məhkəmənin qərarı ilə Elçin Sadıqov barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.


Qeyd edək ki, vəkil Elçin Sadıqov həbs olunduğu gündən - sentyabrın 11-dən aclıq aksiyasına başlamışdı. Müdafiəçilərinin bildirdiyinə görə, E.Sadıqov yalnız su qəbul edirdi. O, yemək yemədiyi üçün bir qədər çəki itirib.


Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılırdı.


E.Sadıqov vəkili olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar