Nazirlər Kabineti əmək pensiyalarının verilməsi sahəsində normativ hüquqi tənzimləmə həyata keçirib.
"Bakupost" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən dəyişikliyin əsas məqsədi pensiya təyinatı proseslərinin daha da təkmilləşdirilməsi, sənədləşmə işlərinin optimallaşdırılması və vətəndaşların sosial təminat hüquqlarının reallaşdırılmasının asanlaşdırılmasıdır.
Qərar imzalandığı gündən qüvvəyə minir.
Milli Məclis Əmək Məcəlləsinə və bütün dünya dövlətlərində ən sadə olan Əmək Pensiya hesablamalarına dəfələrlə yenidən baxıb, hələ də yetərincə universal məqbul deyilmiş, ya adekvat-idientifik olmalı norma hədləri çox aşaraq, əksəriyyəti orta səviyyədən aşağıda saxlamaqdadır?