Ru
17:41 / 12 İyun 2025

Əlilliyə görə müavinətlər bu qədər olacaq - FƏRMAN

Əlilliyə görə müavinətlər bu qədər olacaq  - FƏRMAN
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqda Fərman imzalayıb.

Bakupost.az xəbər verir ki, buraya əlilliyə görə sosial müavinətlər də aiddir.

Fərmana əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat sosial müavinət veriləcək.

Sosial müavinətlər 2025-ci il iyulun 1-dən artırılır.

Məlumat üçün bildirək ki, sözügedən müavinətlərin əvvəlki məbləği müvafiq olaraq 270, 220 və 150 manat idi.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar