Ru
23:40 / 30 İyul 2025

Piyada əleyhinə minanın budəfəki qurbanı... - HACIYEV

Piyada əleyhinə minanın budəfəki qurbanı... - HACIYEV
Eye

"Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir".

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib", - H.Hacıyev yazıb.

O vurğulayıb ki, 2020-ci ildən bəri 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi Ermənistanın quraşdırdığı minaların qurbanı olub. "Bundan əlavə, illər boyu torpağın altında qalan minalar torpaq eroziyasına səbəb olur və yerli bitki örtüyünü məhv edir", - o əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar