Ru
22:36 / 06 Noyabr 2023

Elm və Təhsil, Müdafiə nazirlikləri birgə Laçında “Bayraq yürüşü” keçirdi

Elm və Təhsil, Müdafiə nazirlikləri birgə Laçında “Bayraq yürüşü” keçirdi
Eye

Noyabrın 6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirib.

Elm və Təhsil Nazirliyindən verilən məlumta görə, 2014-cü ildən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə işğaldan azad edilmiş ərazidə təşkil olunub. Yürüşdə 300-dən çox şəxs iştirak edib.

Yürüşdə məqsəd Vətən müharibəsində qazanılmış şanlı qələbəni, bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi zəfər yolunu uca tutmaqdır.
Laçın şəhəri 2 nömrəli tam orta məktəbdən başlayan yürüş “Seyrangah” adlı ərazidə başa çatıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar