Ru
17:31 / 28 Mart 2024

Əməkdar artist vəfat etdi

3766
Əməkdar artist Rahib Əliyev vəfat edib.

Bakupost.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rahib Əliyev 78 yaşında vəfat edib.

Qeyd edək ki, R.Əliyev hələ institutda oxuyarkən, 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub və həmin tarixdən bu günədək fasiləsiz olaraq çalışıb.

O, 18 sentyabr 1968-ci ildə rəsmi olaraq öz aktyorluq karyerasına başlayıb. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. R.Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb.

Allah rəhmət eləsin!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər