Bakıda yerləşən mağazaların birində qadına qarşı zorakılıq edilib.
"Bakupost" xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Belə ki, bir qadın sosial şəbəkədə paylaşdığı videomüraciətdə anasının hücuma məruz qaldığını iddia edib.
Onun sözlərinə görə, hadisə iyulun 17-də saat 13:20 radələrində "28 May" metrostansiyası yaxınlığında yerləşən zoomağazada baş verib.
İddia olunur ki, naməlum kişi əvvəlcə qadını bıçaqla öldürməklə hədələyib, daha sonra isə ona fiziki zorakılıq göstərərək üz və qabırğa nahiyəsinə bir neçə dəfə zərbə endirib.
***
Oxu.Az-ın məlumatına görə, paytaxtda qadına zorakılıq tətbiq edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Keçirilən tədbirlərlə 1982-ci il təvəllüdlü Zamiq Xəlilov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.