"Vahid Əliyev bir aydır özəl klinikada müalicə edilir. Yemək yemirdi, süni tənəffüs aparatına qoşulmuşdu. Şükür, hazırda aparatdan ayrılıb".
Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında xəstəxanaya yerləşdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva deyib.
"Həyat yoldaşım ağ ciyər çatışmazlığı və ürək çatışmazlığından əziyyət çəkir", - deyə T.Əliyeva deyib.
Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.