Ru
20:24 / 18 Noyabr 2022

Ərdoğan Zelenski ilə telefonla danışdı

1409
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.



Bakupost.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.



"Biz taxıl müqaviləsinin uzadılmasını yüksək qiymətləndirdik. Mən bu təşəbbüsümüzü dəstəklədiyi üçün Türkiyə Prezidentinə təşəkkür etdim və Ukraynanın ərzaq sabitliyinin təminatçısı olaraq qalacağına əmin etdim. Təhlükəsizlik və enerji əməkdaşlığını da müzakirə etdik", - Zelenski qeyd edib.



Xatırladaq ki, Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə də danışıqlar aparıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər