Ru
10:39 / 25 Sentyabr 2025

Ərdoğanın Makronla zarafatı gündəm oldu - VİDEO

Ərdoğanın Makronla zarafatı gündəm oldu - VİDEO
Eye

Nyu-Yorkda Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında görüş keçirilib.

Bakupost.az “Yeni Şafak”a istinadən xəbər verir ki, iki ölkə liderinin görüşü BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil edilib. Tərəflər Türkiyə-Fransa münasibətləri başda olmaqla regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Danışıqlardan əvvəl isə Ərdoğanla Makron arasında maraqlı dialoq baş tutub.

Belə ki, Ərdoğan Makrona “Necəsiniz?” sualını ünvanlayıb, Fransa lideri isə cavabında yaxşı olduğunu bildirib.

Bunun ardınca, Türkiyə prezidenti fransalı həmkarına zarafatla “Yaxşı imiş, demək ki, yaxşı olduğu zamanlar da olur” deyib.

İki ölkə liderinin dialoqunun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəm olub.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar