Ru
12:20 / 13 İyun 2022

Erməni qrupunda şok yazışma: Qarabağ erməniləri ölməlidir

3568

Bu gün Ermənistanda cəmiyyət arasında təhlükəli bir vəziyyət yaranıb. Ermənistanda yaşayan ermənilər Qarabağ erməniləri ilə dil tapa bilmir. Ermənistanda məskunlaşan Qarabağ erməniləri təzyiqlərlə üz-üzədirlər. Bu, sosial şəbəkələrdə özünü daha qabarıq göstərir.



Bu günlərdə “Azadlıq” radiosunun İrəvanda keçirilən müxalifət aksiyaları ilə bağlı yaydığı xəbərə erməni sosial şəbəkə istifadəçilərinin şərhləri bu faktı bir daha təsdiqləyib.


Bakupost.az axar.az-a istinadən onlardan bəzilərini təqdim edir:


ABŞ-dan Anait Muradyan adlı istifadəçinin cavabı: “Axı siz hamınız yaxşı bilirsiniz ki, Qarabağ nə mənə, nə də sizə lazımdır. Qarabağ gec-tez qaytarılmalı idi”.

Ukraynada yaşayan erməni - Anya Vatsenko: “Bizim ordumuz yox idi. Ona görə də Qarabağı itirdik. Əvəzində hökuməti öz xalqından qoruyan yaxşı hazırlanmış qalxanlı polislərimiz var”.

Zara Sərkisyan: "Serj günahkardır. 2018-ci ildə o, Nikolun indi atdığı atdımı atmalı idi. Bilin ki, bir müddət sonra Qarabağ erməniləri sizin evlərinizdə yaşayacaq. Onlardan yaxa qurtarmalıyıq. Qarabağ erməniləri ölməlidir”.

Alla Jamkoyan: “Qarabağ erməniləri müharibə zamanı İrəvana qaçdılar. Bizim uşaqlar isə orada ölürdülər. Qarabağ erməniləri vicdansız və həyasızdırlar”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər