Ru
13:30 / 19 Mart 2024

“Ermənistan dəhlizin tezliklə açılmasına imkan verməyəcək” - Açıqlama

3151
“Bir müddət əvvəl Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı təklif irəli sürdü. Bildirilirdi ki, Ermənistan dəhlizi açmaq üçün ilkin mərhələdə vətəndaşların Naxçıvana gediş-gəlişini təmin edə bilər. Bunun üçün onlar qeyd-şərtsiz kommunikasiya prinsipindən istifadə etməlidir. Azərbaycan vətəndaşları heç bir prosedurla qarşılaşmamalıdır. Amma erməni tərəfi bu təklifi də cavabsız qoydu. Bütün bunlar onu göstərir ki, Ermənistan yaxın zamanlarda Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək”.




Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.

O deyib ki, rəsmi Bakının Zəngəzurda hərbi əmliyyatlara başlamaq niyyəti yoxdur:

“Azərbaycanın belə niyyəti olsaydı, Zəngəzur dəhlizinin açılması ilə bağlı təhdid dolu çağırışları gündəlik olaraq Ermənistan tərəfinə ünvalaya bilərdi. Əksinə Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yetərli şərtlərin olduğunu bəyan edib. Ermənistan tərəfi də tez bir zamanda konstitutsiya dəyişikliyi edərək, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Çünki Zəngəzur dəhlizi açılsa, digər kommunikasiya xətləri də işə düşəcək”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər