Ermənistanda dəhşətli təyyarə qəzası: ölənlərin adları açıqlandı - VİDEO
3662
Ermənistan Müdafiə Nazirliyi təyyarə qəzasında həlak olan pilotların adlarını açıqlayıb
İyulun 19-da Yeqvard yaxınlığında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində baş leytenant Armen Xaçikoviç İsaxanyan və kursant Armen Karenoviç Xaçatryan həlak olublar.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb. Təyyarə Yeqvardın yaxınlığında yerə düşüb. Ermənistan Müdafiə Nazirliyi təyyarənin təlim uçuşu zamanı qəzaya uğradığını bildirib.