Ermənistanın baş naziri Nikol Paşinyan qəti şəkildə II Qareginin könüllü subaylıq əhdini pozaraq uşağı olması xəbərini ancaq kəşfiyyat mənbələrindən əldə edə bilərdi. Qareginin övladının olduğunu ya Ermənistanın kəşfiyyat strukturları Paşinyana veriblər, ya da bunun arxasında xarici ölkə kəşfiyyat stukturlarından biri dayanır.
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, söhbət Nikol Paşinyanın hakimiyyətini itirməsini və Ermənistanda Rusiyaya bağlı güclərin hakimiyyətə gəlməsini istəməyən ölkələrin kəşfiyyat strukturlarından gedir.
"Nikol Paşinyan II Qareginlə yanaşı, keçmiş prezident Robert Köçəryanın üzərinə də getməyə başlayaraq, onun korrupsiya əməllərini faş edə biləcəyi xəbərdarlığını edib. Böyük ehtimalla II Qareginin övladının varlığı məlumatını Paşinyana ötürən mənbə Robert Köçəryanın hakimiyyəti dövründə və sonrasında korrupsiya əməlləri barədə də əllərindəki məlumatları Ermənistanın baş nazirinə ötürüblər. Paşinyan bu məlumatlar əsasında parlament seçkisi öncəsində rəqiblərini əzib keçməyə çalışacaq. Onun bu fəaliyyəti bizim də xeyrimizədir", - politoloq əlavə edib.
BakuPost