Ru
13:56 / 13 İyun 2025

Ermənistanın keçmiş baş naziri SAXLANILDI

Ermənistanın keçmiş baş naziri SAXLANILDI
Eye

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

Bakupost.az -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitənin qeyd etdiyi kimi, Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Məlumata görə, hazırda onun evində axtarış aparılır.

Qeyd edək ki, Abramyana qarşı ittihamlar hələ 2023-cü ilin aprelində irəli sürülüb. İş materiallarına görə, o, müxtəlif vəzifələrdə işləyərək sövdələşmə həyata keçirib və nəticədə 2008-2015-ci illərdə bundan 230.4 milyon dram (təxminən 590 min dollar) gəlir əldə edib.

Xatırladaq ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb. Həmçinin 2012-2014-cü illərdə Ermənistan parlamentinin sədri olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar