Ru
18:55 / 11 Dekabr 2024

Əsədin sarayında psixi xəstələr üçün həblər tapıldı

Əsədin sarayında psixi xəstələr üçün həblər tapıldı
Eye

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin sarayını ələ keçirən silahlılar onun şəxsi kabinetində psixi pozğunluqlar zamanı təyin olunan dərman preparatları tapıblar.

Bakupost.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Qeyd olunur ki, Əsədin şəxsi əşyaları arasında narahatlıq və yuxusuzluğun müalicəsi üçün resept əsasında satılan benzodiazepin tabletləri aşkar edilib.

Bundan əlavə, vəzifəsindən ayrılan Əsədin kitabları və sənədləri arasında "Rusiya Silahlı Qüvvələrinin Tarixi", şimal-şərqi Suriyanın xəritəsi və tərcümeyi-halı tapılıb.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar