Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:27 / 26 Noyabr 2024

Etibarnamə ilə avtomobil almaq təhlükəlidir? - Ekspert

895
"Etibarnamə ümumilikdə avtomobilə münasibətdə etibarsız bir sənəddir".
Bakupost.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ekspert Elməddin Muradlı deyib.

Ekspert etibarnamə ilə avtomobil almaqdan çəkinməyin vacibliyini vurğulayıb:

"Etibarnamə avtomobili idarə etmək üçün verilir. Biz sürücülərə dəfələrlə tövsiyyə edirik ki, avtomobil alanda qanunun tələblərinə əməl etsinlər. Yol polisinə gedib alqı-satqı edərək, avtomobili öz adlarına keçirtsinlər. Çünki bu gün avtomobil alınır və əvəzində baş etibarnamə verilir. 15-30 min pul verib adi bir kağız parçası alırsınız. Həmin adam sizdən ayrılandan sonra gedib verdiyi etibarnaməni ləğv eləsə, pul da batacaq, maşın da əlinizdən çıxacaq.

Məhkəməyə verib avtomobili əlinizdən alacaq ki, mən bu avtomobili ona müvəqqəti idarəetməyə vermişdim, indi də özümə lazmdır. Yaxud adam sizdən ayrılar-ayrılmaz öldü, onun ailəsini haradan tapacaqsınız? Onun ailəsi buna razılıq verəcəkmi? Bəlkə həyat yoldaşı başqa tələb ortaya qoyacaq. Məsələn, deyəcək mən onun 40 minə satılmasına narazı idim, ərim məndən icazə almadan satıb. İndi avtomobili 50 minə satıram. 10 min də gətir ki, alqı-satqıda sənə kömək edim. Belə vəziyyətlər tez-tez olur. Yaxud da boşanma halları olur, dərhal əmlakın üzərinə həbs qoyulur ki, bunun üzərində heç bir əməliyyat aparıla bilməz. Boşanma zamanı bu əmlak ərlə-arvadın arasında bölünəcək. Və beləcə adamlar ortalıqda qalır".
Elməddin Muradlı alqı-satqı zamanı avtomobil sahiblərini də diqqətli olmağa çağırıb:

"Etibarnamənin vaxtı bitəndə avtomobili faktiki idarə edənin törətdiyi bütün xətalar, cərimələr avtomobilin sahibinə gəlir. Ona görə avtomobilin alqı-satqısı zamanı maşın alan şəxsin adına rəsmiləşməlidir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar