Ru
17:24 / 22 May 2026

Ətin qiyməti 39 manata qalxdı

Ətin qiyməti 39 manata qalxdı
Eye

"Ətin maya dəyərinin hazırda yüksəlməsi və ölkəmizdə istehsal olunan ətin yerli tələbatı tam ödəməməsi səbəbindən qiymət artımı müşahidə olunur. Bununla yanaşı, inflyasiya, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, eləcə də logistika və idxal xərclərinin artması da qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən hazırda həm iri, həm də xırdabuynuzlu heyvanların ətinin bahalaşma ilə üz-üzəyik".

Bakupost.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O, paytaxtda bəzi ət növlərinin kiloqramının 39 manata satılmasının bir neçə amillə bağlı olduğunu söyləyib:

"Can əti spesifik məhsuldur və daha çox restoranlarda, eləcə də yüksək səviyyəli tədbirlərdə istifadə olunur. Təkcə Azərbaycanda deyil, ət istehlakının yüksək olduğu ölkələrdə, o cümlədən qardaş Türkiyədə, Orta Asiya və ərəb ölkələrində də can ətinin xüsusi bazarı formalaşıb. Bu ətin qiyməti adi mal əti ilə müqayisədə təxminən 30-35 faiz daha yüksək olur. Bunun əsas səbəbi can ətinin yumşaqlığı və ondan steyk kimi premium yeməklərin hazırlanmasının mümkün olmasıdır. Son 5 ildə bu istiqamətdə qiymətlər orta hesabla 60-65 faiz artıb. Əvvəllər 20-22 manata satılan can əti hazırda 34-35 manata, bəzi hallarda isə 39 manata qədər təklif olunur".

V.Oruc vurğulayıb ki, can ətinin müştəri bazası geniş olmasa da, bu məhsula tələbat əsasən restoran şəbəkələri və yüksək səviyyəli tədbirlər hesabına formalaşır:

"Həmçinin iri buynuzlu heyvanlarda can ətinin məhdud həcmdə olması da onun qiymətini artıran əsas səbəblərdəndir. Bu qiymətə ət alanlar varmı? Bəli, var. Xüsusilə restoran sektorunda, dövlət və özəl qurumların təşkil etdiyi tədbirlərdə bu növ ətə ciddi tələbat müşahidə edilir. Məhz həmin ətin keyfiyyəti və müxtəlif yeməklərin daha yüksək səviyyədə hazırlanmasına imkan verməsi onun baha satılmasına şərait yaradır. Digər mühüm məsələ isə Azərbaycanda mövcud iri və xırdabuynuzlu heyvan ehtiyatlarının daxili tələbatı tam ödəməməsidir. Bu səbəbdən müəyyən həcmdə ət idxal olunur və xaricdən gətirilən məhsulların üzərinə daşınma, logistika və digər əlavə xərclər gəlir ki, bu da qiymətlərə təsir edir".

Ekspertin fikrincə, bu problemin aradan qaldırılması üçün yerli istehsalın həcmi artırılmalı, heyvandarlıq sahəsi daha ciddi şəkildə stimullaşdırılmalıdır:

"Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə geniş imkanlar mövcuddur və dövlət proqramlarında da həmin sahələrin inkişafı nəzərdə tutulur. Məqsəd Azərbaycanın ən azı daxili tələbatı ödəyəcək səviyyədə istehsal gücünə çatmasıdır".

Şərhlər
  • Qazi

    Yalansa senij nesiline nehlet bele şeyelr yazirszi ona gorede et ve sari neymetler erzaqlar aiymeti qalxir siz teklif edirsiz onlar reallaşdirir bu xaqi da duşunuj de şerefsizler

  • Ellada

    Başlığ adı düz yazın.Onsuz kefiyyet yoxdu heç nədə.Ətin qiymətinin belə tez qalxması inandırıcı gəlməmişdi.☺️

  • Nicat

    Aslanlı

  • Şərif

    Bir onu deyə bilərəm ki, allah süni qiymət qalxmasına təkan verənlərin evini yıxsın

  • Məsud Şahmalıyev

    Ümumiyyətlə qiymət haqqında bizim jurnalistlər ancaq sifarişlə yazırlar. Və elə bir fikir yaradırlar ki,guya qiymətlərin qalxması lazımdır. Bununla da qiymətlərin qalxmasını sifariş edən adamın işini "müvəffəqiyyətlə"yerinə yetirirlər. Tez tez də ki,xarici ölkələri sitat gətirə gətirə... Təklif edirəm qiymətlərin qalxmasının labüd olması barədə eyham vurulan məqalələrin dərc olunması QADAĞAN edilsin !!! Ey jurnalçılar bir az düşünün bu camaatı nə yerinə qoyursunuz ?!

  • Perviz

    Qardaş respublikasıni keçmisiz ətin bahaliğinda

  • Cəmşid Dərələyəzli

    Bu fikirləri söyləyən dırnaq arası qiymətləndirmə cəmiyyətinin zadı acaba bunu özü deyir, yoxsa ət monopolistləri ona dedirdir.

  • .Nizami Aliev

    Интересно , сколько стоит говядина в Аргентине ? Может оно будет доступно Азербайджанцам ,,,? а то ,алчность, совесть, прибыль .. сочетать не сочетаемое

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar