Ru
12:00 / 07 May 2025

Əvəz Zeynallı səhhəti barədə DANIŞDI

Əvəz Zeynallı səhhəti barədə DANIŞDI
Eye

Xərçəng xəstəliyi səbəbindən azadlığa buraxılan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı hazırda Türkiyədə müalicələrə başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə musavat.com-a Əvəz Zeynallının özü məlumat verib.

O, ən çətin analizlərdən birini verib:

“Analizləri verdik. Srağagün, dünən elə günümüz analizlərlə keçdi. İndi də sonuncu analizi bioakso üzərindən verdik. Burada genetik deyilən bir şey var, hansı üsulla müalicə etməyi müəyyən edirlər. Ən çətin analiz odur. Onun da nəticəsi bu günlərdə açıqlanacaq. Açıqlanan kimi də müalicəyə başlanacaq”.

Ə.Zeynallı müalicənin maliyyə tərəfindən də danışıb:

“Çox bahalı bir prosedurlar olacaq. O haqda da düşünürəm. Hələ ki, əlimizdə dəqiq məlumatlar yoxdur, hansı dərmanlardan, hansı üsullardan istifadə ediləcək, məlum deyil. O dərmanlar və üsullar məlum olanda artıq biləcəyik ki, nə qədər məbləğ olacaq. O zaman yəqin ki, cəmiyyəti və dostları xəbərdar edəcəyik”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar