Ru
09:02 / 05 İyun 2025

Evini yandırıb özünü odlu silahla vurdu

Evini yandırıb özünü odlu silahla vurdu
Eye

Balakən sakini yaşadığı evi yandırıb, daha sonra özünə xəsarət yetirib.

Bakupost.az xəbər verir ki, hadisə Balakən rayon Qazma kəndində baş verib.

Yanğın yerinə rayonun YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı 1970-ci il təvəllüdlü Məmmədov Camal Hidayət oğluna məxsus ümumi sahəsi 264 k/m olan 7 otaqdan ibarət olan yaşayış evi tamamilə yanıb.

Məlumata görə evi ev sahibi C. Məmmədov özü yandırıb və daha sonra isə odlu silahla özünə xəsarət yetirib.

O, təcili tibbi yardım avtomobili ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar