Ru
18:40 / 08 İyul 2025

Fransadakı səfirliyimizə hücum: Əsas iştirakçıya hansı cəza verildi?

Fransadakı səfirliyimizə hücum: Əsas iştirakçıya hansı cəza verildi?
Eye

Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib.

Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Buna əsasən Tufanyana əlavə cəza - 5 il müddətinə icazə şərti ilə silah saxlama və ya gəzdirmə qadağası əlavə edilməklə, 12 ay şərti həbs cəzası (daha ağır cəza, çünki birinci instansiya məhkəməsinin qərarına görə o, 6 ay şərti cəzaya məhkum edilib).

Bundan əlavə, məhkəmə iş materiallarını araşdırdıqdan sonra Tufanyanı bir qrup şəxs və ya şəriklər tərəfindən ictimai istifadə üçün nəzərdə tutulmuş əmlaka ziyan vurmaqda təqsirli bilib. Belə ki, məhkəmə birinci instansiya ilə müqayisədə cinayətin ağırlığını tanıyıb.

Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mülki iddiada, yəni onun barəsində maddi cəza təyin edilməsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar