Ru
18:14 / 19 Aprel 2024

Fransanın səfiri geri çağırması gizli razılaşmanı reallaşdırmağa xidmət edir - Sahib Alıyev

1035
Məlum olduğu kimi, bir neçə gün əvvəl Fransa Azərbaycandakı səfirini geri çağırıb. Əlbəttə, ilk baxışda belə görünə bilər ki, Fransa Azərbaycanın onun yürütdüyü neokolonializm siyasətini və digər bəd əməllərini ifşasından qıcıqlanaraq belə bir cılızlığa yol verir. Ancaq fikrimcə, rəsmi Parisin öz səfirini geri çağırmasının arxasında Qərbin bizim regionda ayırıcı xətlər çəkmək, dayanıqlı qarşıdurma platsdarmı yaratmaq yönündə kompleks addımlar atmağı planlaşdıranlara pionerlik etmək məqsədi dayanır. Düşünürəm ki, aprelin əvvəlində Brüsseldə keçirilən üçtərəfli görüşdəki əldə olunan və üzərindən artıq sirr pərdəsi götürülən gizli sövdələşmə də bunu təsdiqləyir. Bu fikirdəyəm ki, Fransanın Azərbaycandakı səfirini geri çağırması və antimilli ünsürlərin planlaşdırdıqları mitinq də eyni məqsədə, yəni, Brüsseldə keçirilən üçtərəfli görüşdəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir.

Bakupost.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev söyləyib.

Deputat bildirib ki, bu planı hazırlayanlar istədiklərini asan həyata keçirə bilmək üçün içimizdəki “muzdlu nökərlər”dən də faydalanmağa çalışırlar. Onun sözlərinə görə, mitinq ideyasını ortaya atanlar və bunu antimilli ünsürlərə tapşıranlar Azərbaycanda ictimai-siyasi sabitliyə mümkün qədər zərbə vurmaq, dövlətimizə təzyiq üçün əlavə fakt toplamaq niyyəti güdürlər.

“Qarabağı Azərbaycana əbədi qaytardığına görə xalq Prezident İlham Əliyevlə qürur duyur. Qarabağda “miatsum”çuların kökünün kəsilməsi “dəmir yumruğ”un, Rusiya hərbi kontingentinin Azərbaycanı vaxtından əvvəl tərk etməsi isə dəmir iradənin xidmətidir”, - deyə S.Alıyev vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər