Ru
16:09 / 02 May 2024

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi

2860
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

Bakupost.az -ın xəbərinə görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər