Ru
11:10 / 27 Mart 2024

Geosiyasi maraqların yeni hədəfi - Sülh danışıqları

1906

“Müəyyən güc mərkəzləri hər vəchlə Azərbaycan-Ermənistan sülh prosesində öz geosiyasi maraqları əsnasında vasitəçilik etmək istəyirlər”.




Bunu politoloq Zaur Məmmədov Bakupost.az -a söyləyib.

O bildirib ki, rəsmi Bakı Ermənistan tərəfiylə danışıqların ya sərhəd ərazidə, ya da Tiflisdə keçirilməsinin tərəfdarıdır:


“Bakı bu məsələdə tamamilə haqlıdır. Sülh sazişi ilə bağlı danışıqların bu iki ərazidə keçirilməsi daha məqsədəuyğundur. Əlbəttə, sülh danışıqlarının ABŞ və Avropa ölkələrinin birində də keçirilə bilər. Rəsmi Bakı buna qarşı deyil”.

Politoloq hesab edir ki, Ermənistan hakimiyyəti ölkənin konstitusiyasında ərazi iddialarını təbliğ edən müddəaları aradan qaldırmalı, işğal altında olan səkkiz kəndi boşaltmalı, nəhayət Azərbaycanla sülh sazişi imzalamalıdır:


“Azərbaycan Xankəndi və Şuşanı işğaldan azad etmiş ölkə olaraq, bu anklavlar və 4 kənd məsələsində də əlbəttə ki, məqsədinə çatacaq. Proses mərhələli şəkildə olacaq və ilk mərhələdə Qazaxa bitişik olan 4 kənd geri qaytarılacaq”.

Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər